“Keşlə” bu gün Malta klubu ilə qarşılaşacaq

12 İyul 2018 09:08 (UTC+04:00)

“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayır. SİA-nın məlumatına görə, Yuri Maksimovun komandası səfərdə Malta “Baltsam”ının qonağı olacaq.

Bu, paytaxt təmsilçisinin “Keşlə” adı altında ilk avrokubok matçıdır. Eyni zamanda baş məşqçi Yuri Maksimov da “Keşlə” ilə avrokubok oyununda debüt edəcək.

12 iyul

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)
Hakimlər:
Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Ta Qali. "Sentenari" stadion