Qadını vuran sürücü hadisə yerindən qaçıb

12 İyul 2018 04:02 (UTC+04:00)

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb. "Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.