Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub

12 İyul 2018 01:42 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 11-də Brüsseldə ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.