Açıqlandı: Sarri və Jorjinyo “Çelsi”yə keçir

12 İyul 2018 02:23 (UTC+04:00)

“Napoli”nin yarımmüdafiəçisi Jorjinyo və komandanın sabiq baş məşqçisi Mauritsio Sarrinin “Çelsi”yə keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Neapol klubunun prezidenti Aurelio De Laurentis deyib.

O bildirib ki, tezliklə hər iki keçid rəsmiləşəcək: “Sarri “Çelsi”nin “sükanı arxası”na keçmək üzrədi. Hər şey onun özündən asılıdı. Mən öz razılığımı vermişəm. O ki qaldı Jorjinyoya, biz təklifləri nəzərdən keçirdik. “Mançester Siti”dən üzr istəyirəm. Onlarla iki həftə əvvəl anlaşmışdıq. Lakin futbolçu Londonda yaşamağı üstün tutdu. “Çelsi” də bu keçid üçün bizə yüksək məbləğdə pul təklif edib. Həm Jorjinyo, həm də Sarri “Çelsi”də çalışacaq”.