NATO-dan Türkiyəyə açıq dəstək

11 İyul 2018 22:45 (UTC+04:00)

NATO-nun Brüsseldə keçirilən zirvə toplantısının yekunu ilə bağlı açıqlama yayılıb. Teleqraf.com xəbər verir ki, açıqlamada Türkiyəyə qarşı təhdidlərin qarşısının alınması üçün NATO-nun gərəkən addımlar atacağı qeyd olunur.

"Müttəfiqlər terrorla mücadilədə birlik nümayiş etdirir. Gələn təhdidlərə qarşı birgə addımlar atacağıq. Mütteəfiqlər olaraq bir-birimizi müdafiədə məsuliyyətimizi ədalətli şəkildə paylaşacağıq. Türkiyəyə qarşı təhdidlərin qarşısını almaq üçün tədbirlərimizi artıracağıq".