"İraq artıq terrorizmə qarşı açıq müharibə aparmır"

11 İyul 2018 20:58 (UTC+04:00)

Bir neçə ay öncə İraqda yerləşən xarici hərbi məsləhətçilərinin sayını azaltmağa yönəlik addım atmağa başladıq. Bunu İraq Baş naziri Heydər Abadi İŞİD-ə qarşı mübarizə aparan xarici müşavirlərlə bağlı sualı cavablandırarkən deyib.

"İraq artıq terrorizmə qarşı açıq müharibə aparmır. Artıq bütün işlər Suriyada İŞİD-lə müharibəyə yönəldilib və xarici hərbi müşavirlərin böyük əksəriyyəti də bu məqsədlə buradadır", - Abadi qeyd edib.