“Xəzri” xalq və mahnı rəqs ansamblının hesabat konserti keçirilib FOTOLAR

11 İyul 2018 14:45 (UTC+04:00)

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Sumqayıt şəhər bulvarının konsert meydançasında “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq və mahnı rəqs ansamblı və uşaq və yeniyetmələrdən ibarət “Şahinlər” rəqs kollektivinin hesabat konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə “Azərbaycan suitası”, “Qaytağı”, “Qazaxı”, “Dənizçilər”, “Bakı haqqında rəqs”, “Şənlik suitası”, “Tango”, “İspan”, “Yallı” və s. rəqslər tamaşaçılar qarşısında nümayiş olunub.

Konsertdə həmçinin Vüsalə Məmmədova, Aydan Salahova, Şamo Babayev, Vüqar Ulusoy, Vüqar Təmkinin ifa etdikləri şən və oynaq mahnılar tamaşaçılarda xoş ovqat yaradıb.