Şuşa Teatrı 144-cü Teatr Mövsümünü bu tamaşa ilə bağlayacaq

11 İyul 2018 14:43 (UTC+04:00)

Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü Teatr Mövsümünü, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası ilə bağlayacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar Artisti Loğman Kərimovdur.

Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov, Əməkdar Artistlər Teymur Məmmədov və Azad Məmmədov ifa edirlər.

Teatr Mövsümünün bağlanışı iyul ayının 12-də saat 18:00-da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzidə (Ünvan: H.Əliyev prospekti, 92a) olacaqdır.