Şolom Aleyxemin “Seçilmiş əsərləri”nin onlayn versiyası oxucuların ixtiyarına verilib

11 İyul 2018 14:36 (UTC+04:00)

Azərbaycan Tərcümə Mərkəzinin son nəşrlərindən olan – dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli yazıçı Solomon Rabinoviçin “Seçilmiş əsərləri”nin onlayn versiyası “Açıq kitab” elektron kitabxanası oxucularının ixtiyarına verilib.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, kitabxana izləyiciləri Mərkəzin www.achiqkitab.azsaytına daxil olmaqla nəşrdən pulsuz yararlana bilərlər.