Günel üçün özəl gün FOTO

11 İyul 2018 13:13 (UTC+04:00)

Müğənni Günel Zeynalova üçün özəl gündür. SİA-nın məlumatına görə, ifaçının atası Rəhman Zeynalovun ad günüdür. Sənətçi bu münasibətlə valideyni ilə birgə olan fotosunu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "İlk sevgim atam doğum günün mübarək. Sən mənim can dostumsan. Nə yaxşı ki, nənəm Zərifə səni dünyaya gətirib. Allahım səni başımızdan əksik etməsin. Ata, səni çox sevirəm".