Bilal Əliyev Həcc ziyarətində FOTOLAR

11 İyul 2018 11:11 (UTC+04:00)

Xalq artisti Bilal Əliyev Həcc ziyarətinə gedib. SİA-nın məlumatına görə, müğənni ziyarətdən fotoları "İnstagram" səhifəsində paylaşıb.

B. Əliyev şəkillərinə “Mədinə şəhərində Allahın Rəsulunun peyğəmbərimizin Cəbrayıl ilə danışdığı yer. Allah arzu edənlərə qismət etsin” sözlərini yazıb.

Qeyd edək ki, B.Əliyev bundan əvvəl də bir neçə dəfə müqəddəs yerlərdə ziyarətdə olub.