Mingəçevirdə “VAZ-2107” markalı avtomobil qəza törədib

11 İyul 2018 01:05 (UTC+04:00)

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası olub. "Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Mingəçevir-Bahramtəpə avtomobil yoluna çıxış hissəsində baş verib.

İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil qəza törədib. Maşın yol kənarındakı yaşıllıqların mühafizəsi üçün quraşdırılmış dəmir mühafizə hasarına çırpılıb. Nəticədə Yevlax rayonundan olan 1987-ci il təvəllüdlü sürücü Quliyev Zahid Köçəri oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.