Masallıda üç nəfər göldə boğularaq ölüb

10 İyul 2018 23:04 (UTC+04:00)

Masallı rayonunda üç nəfər göldə boğularaq ölüb. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Miyənkü kəndi ərazisində baş verib. Onlar 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimov və qardaşı oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmkir oğlu Zamanovdur. Boğulan şəxslərin hər üçü Miyənkü kənd sakinləridir. Meyitlər sudan çıxarılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.