Beyləqan sakininin evində narkotik maddə aşkarlanıb

10 İyul 2018 13:23 (UTC+04:00)

Beyləqan sakininin evində narkotik maddə aşkarlanıb. DİN-dən SİA-ya verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Cəfərovdan 9,4 qram marixuana götürülüb.

Evinə baxış zamanı isə 400 qram marixuana aşkar edilərək götürülüb.