“WhatsApp” bu dəfə pul mükafatı paylayacaq

7 İyul 2018 16:14 (UTC+04:00)

Məşhur sosial platforma olan "WhatsApp” 50 min dollar qədər pul mükafatı paylamağa hazırlaşır. "Facebook”un bazasında yaradılan "WhatsApp” bu dəfə inteqrasiya etdiyi yeniliyi ilə deyil, start verdiyi mükafat proqramı ilə gündəmdədir.

1,5 milyard aktiv istifadəçisi olan mesajlaşma platforması sosial elmlər və yanlış məlumatlarla mübarizə aparmaq üçün bu addımı atıb.

Şirkət araşdırmaları təşviq etmək üçün 50 min dollar ayırıb.

Bu proqrama qatılmaq istəyənlər "WhatsApp” araşdırma qrupu tərəfindən təftiş ediləcək.

Onlar araşdırmalar üçün şirkətdə təmsil olunmayan mütəxəssislərin fikirlərinə əsaslanacaqlar.