Açıqlandı: Soda bu xəstəliyi müalicə edir

27 İyun 2018 04:03 (UTC+04:00)
Revmatoid artrit xəstəliyindən əziyyət çəkən insanlara soda məhlulunu içməyi tövsiyə edilir. Bu barədə Corcıya Tibb kolecinin (ABŞ) mütəxəssisləri məlumat veriblər.

Araşdırma göstərib ki, soda immun hüceyrələrə oynaqları dağıtmağa mane olur, iltihab və ağrıları azaldır. Aparılan araşdırmada iştirak edən insanlar soda məhlulunu qəbul etdikdən 2 həftə sonra ağrıların azalmasını qeyd edib. Analizlər iltihabın səviyyəsinin aşağı düşməsini göstərib.