Şuşa Dövlət Musiqili Dram Teatrı əsgərlər qarşısında

25 İyun 2018 14:57 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi N saylı hərbi hissədə “Azərbaycan – yurdum mənim” adlı konsert proqramı ilə çıxış edib. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, kollektiv zabit və əsgərlər qarşısında Enurə Abdullayevanın “Əsgər papağı” tamaşasını təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə nümayiş edilən səhnə əsəri maraqla qarşılanıb.