AŞPA-nın yeni prezidenti kimdir?

25 İyun 2018 14:27 (UTC+04:00)

İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

Yeni prezident bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu günə qədər assambleyanın sadəcə üç qadın prezidenti olub.

Qadınların yüksək vəzifələrdə çalışmasının önəmini vurğulayan Liliane Maury Pasquier gender bərabərliyinin əhəmiyyətini qeyd edib.