Bakıda tikinti işləri zamanı ağac kəsimi FAKTI

25 İyun 2018 12:02 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, əraziyə baxış keçirilib və məlum olub ki, tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2200 manat məbləğində cərimə edilib.