Türkiyə Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb

24 İyun 2018 23:34 (UTC+04:00)

Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə Prezident Rəcəb Tayyib Ərdoğan və onun sədr olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) möhtəşəm qələbəsi ölkə ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıb. SİA-nın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hazırda Türkiyənin bütün bölgələrində, küçə və meydanlarda, o cümlədən AKP-nin mərkəzi qərargahı da daxil olmaqla bütün şəhər və rayon şöbələrinin qarşısında möhtəşəm izdiham yaşanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın izdiham qarşısında çıxışı nəzərdə tutulub.