Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək

25 İyun 2018 11:22 (UTC+04:00)

Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində iyunun 27-dən iyulun 1-dək Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə SİA-ya Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, musiqi festivalının “müqəddiməsi” olaraq iyunun 25-də Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının kamera musiqisindən ibarət konsert və gənc rəssamların sərgisi təşkil ediləcək.