Musiqili Teatrda İran tamaşası

25 İyun 2018 10:10 (UTC+04:00)

İyunun 28-29-da Azərbaycan Dövlət Musiqili Teatrında İran İslam Respublikasının Titovak Teatrı aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşası nümayiş etdiriləcək. Teatrın mətbuat katibi Fəridə Aslanova SİA-ya bildirib ki, ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi olan səhnə əsəri Bakıda keçiriləcək İran Mədəniyyət Günləri çərçivəsində təqdim olunacaq.

Xatırladaq ki, Titovak Teatrı ilk dəfə ölkəmizdə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində U.Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanmış “Maqbet-Zar” tamaşası ilə çıxış edib.