Bakıda beynəlxalq rəqs müsabiqəsi keçiriləcək

25 İyun 2018 09:34 (UTC+04:00)

Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsi keçiriləcək. Akademiyadan SİA-ya bildirilib ki, 10 ölkənin təmsil olunacağı müsabiqənin təntənəli açılış mərasimi iyunun 25-də Heydər Əliyev Sarayında reallaşacaq. Müsabiqənin birinci və ikinci turu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Müsabiqəyə iyunun 27-də sözügedən məkanda gerçəkləşəcək qala-konsert ilə yekun vurulacaq.