Dövlət Bahçalı Ərdoğanı təbrik edib

25 İyun 2018 00:19 (UTC+04:00)

Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədəki möhtəşəm qələbə münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. MHP sədri dövlət başçısına telefon zəngi edib.

Qeyd edək ki, AKP və MHP Cümhur İttifaqında birləşərək 6 partiya ilə mübarizə aparıblar.