Şəkidə zəlzələ olub

24 İyun 2018 23:19 (UTC+04:00)

İyunun 24-də Şəkidə 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənAZƏRTAC-a bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkanlar yerli vaxtla saat 19:21:19-da qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.