UEFA “Milan”ı avrokuboklara buraxmayacaq!

24 İyun 2018 23:05 (UTC+04:00)

UEFA “Milan”ı iki mövsüm üçün avrokuboklarda buraxmayacaq. Bu haqda “Gazzetta dello Sport” məlumat yayıb. Müvafiq qərarın sabah rəsmən açıqlanacağı bildirilib. Sərt cəzaya səbəb kimi milanlıların maliyyə “fair-play”ini pozması göstərilir. Qərar 2018/19 və 2019/20 mövsümlərini əhatə edəcək.