Türkiyə prezidenti səs verdi

24 İyun 2018 15:53 (UTC+04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edib. Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.