Binali Yıldırım: "Türkiyə xalqı doğru və layiqli seçim edəcək"

24 İyun 2018 14:56 (UTC+04:00)
Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək. Yıldırım qeyd edib ki, Türkiyədəki seçkilər əvvəlki kimi demokratik şəraitdə keçirilir. "Türkiyə xalqı doğru və layiqli seçim edəcək", Yıldırım dedi. Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.