Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

24 İyun 2018 13:47 (UTC+04:00)
Bu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 3175,5 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2325,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2 faizini təşkil edib. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 324,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.