" Belə bir metod da məsləhət görülür ki, göyərtiləri yuduqdan sonra bir az sirkə qatılmış suda saxlayıb, durulamaq lazımdır.
Amma düşünürəm ki, sirkə orqanizmə düşsə daha yaxşıdır. Ona görə istənilən göyərtini salatlarda və ya ayrıca qəbul etdikdə və göyərtili yemək yedikdə onu mütləq sirkə ilə qəbul etmək lazımdır. Sirkə qurd yumurtalarını öldürür və göyərti bağırsaqlara düşdükdə də sirkə orda öz təsirini göstərir.
Göyərtinin üzərinə sirkə çiləyib, qəbul edin. O zaman özünüz və ailəniz qurd invaziyalarına yoluxmayacaqsız”.