Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

24 İyun 2018 10:25 (UTC+04:00)

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində "Solo Türk" və "Türk ulduzları" qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.