Zərdab və Lənkəranda yanğın

24 İyun 2018 09:31 (UTC+04:00)

Zərdab və Lənkəranda yanğın hadisəsi qeydə alınıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Zərdab rayonunda yanğın ümumi sahəsi 150 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evdə baş verib.

Nəticədə evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 5 m2 sahədə və 5 m2 sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Lənkəran şəhərində ümumi sahəsi 240 m2 olan ikimərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində bir otağın və aynabəndin yanar konstruksiyaları 60 m2 sahədə, 2-ci mərtəbəsində aynabəndin və bir otağın plastikdən ibarət pəncərə çərçivələri 20 m2 və dam örtüyü 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.