Hindistanda arvad ərini öldürdü, 120 nəfəri isə zəhərlədi

24 İyun 2018 01:17 (UTC+04:00)

Hindistanın Maxaraştra əyalətində 23 yaşlı Praqya Survase bişirdiyi yeməkləri lağa qoyduğuna görə həyat yoldaşı və qohumlarını zəhərləyib. Axar.az xəbər verir ki, Survase evdə baş tutan qonaqlıq zamanı yeməklərə böcək dərmanı qarışdırıb. Hadisə nəticəsində 4-ü uşaq olmaqla, 5 nəfər ölüb, 120 nəfər xəstəxanalıq olub.

Survase dindirilmə zamanı törətdiyi əməli etiraf edib.