Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır. Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:
- essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır
Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.