Akif Əlizadə AMEA prezidenti vəzifəsinə təsdiq edilib

23 İyun 2018 14:53 (UTC+04:00)

Prezident İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzlayıb. SİA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.