DİM-də TOEFL imtahanı keçirilib

23 İyun 2018 15:06 (UTC+04:00)
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL imtahanı keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 1 xarici vətəndaş olmaqla, 3 nəfər iştirak edib. Növbəti TOEFL imtahanının iyulun 7-də keçirilməsi nəzərdə tutulur.