Bakıda yaşayış binasında yanğın

23 İyun 2018 12:19 (UTC+04:00)
Bakıda yaşayış binasında yanğın olub. SİA-nın məlumatına görə, hadisə Yasamal rayonu, "Elmlər Akademiyası" metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, "Mothercare" mağazasının yerləşdiyi binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yaşayış binasında baş verən yanğın söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. Ətraflı məlumat veriləcək.