Nəvə öz nənəsini döydü

23 İyun 2018 09:55 (UTC+04:00)

Lənkəranda nəvə nənəsini və qohumunu döyüb. Hadisə ötən gecə baş verib.

Rayon sakini, 55 yaşlı Nürəddin Xasızadə sifət nahiyəsindən aldığı xəsarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına müraciət edib. Məlum olub ki, nəvəsi tərəfindən döyülən qadın yeznəsini köməyə çağırıb.

Qayınanasının evinə gələn Nürəddin Xasızadə də qohumunu sakitləşdirməyə çalışarkən onun hücumuna məruz qalıb. O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib, lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.