Oğuzda zəlzələ olub

23 İyun 2018 02:03 (UTC+04:00)

Oğuzda zəlzələ baş verib. APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 23:44-də Şəki-dən 14 km şərqdə Oğuz ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,3, dərinliyi 6 km olub. Zəlzələ 3 bala qədər hiss olunub.