Məhərrəm İncə: "TRT rəhbərlərini həbsə göndərəcəm"

22 İyun 2018 23:52 (UTC+04:00)

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Məhərrəm İncənin Ankara mitinqində çıxışı zamanı səsləndirdiyi ilginc fikir hər kəsin təəccübünə səbəb olub. Axar.az xəbər verir ki, anlaşılmaz açıqlamaları ilə diqqət çəkən müxalif namizəd bu dəfə də adətindən geri qalmayıb.

O, prezident seçiləcəyi təqdirdə TRT, Anadolu Agentliyi və Ali Seçki qurumunun rəhbərlərini həbsə göndərəcəyini bildirib.