Mark van Bommel PSV-nin baş məşqçisi oldu

23 İyun 2018 03:18 (UTC+04:00)

PSV-nin yeni baş məşqçisi müəyyənləşib. Hollandiya klubunun saytında yer alan xəbərə görə, bu vəzifəyə Mark van Bommel təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb. 41 yaşlı mütəxəssis bu vəzifədə Filipp Kokunu əvəzləyib. Qeyd edək ki, PSV-nin sabiq futbolçularından (1999-2005) olan van Bommel bu klubun gənclər komandasında çalışdırıb.