Kolumbiyalı futbolçuya ölüm təhdidi: "Meyiti də mundarlanmalıdır”

23 İyun 2018 02:15 (UTC+04:00)

Kolumbiya millisinin futbolçusu Karlos Sançez ölüm təhdidi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb onun dünya çempionatının ilk turu çərçivəsində Yaponiya ilə matçda qırmızı vərəqə almasıdı. Belə ki, kolumbiyalı azarkeşlər Yaponiyaya 1:2 hesablı məğlubiyyətdə 32 yaşlı yarımmüdafiəçini günahlandırırlar. Onlar artıq bununla bağlı sosial şəbəkələrdə paylaşımlar da ediblər. 3-cü dəqiqədə meydandan qovulan Sançezi Andre Eskobarın taleyi gözlədiyini də gizlətməyiblər: “Əgər Eskobar DÇ-1994-də öz qapısına qol atdığı üçün öldürüldüsə, o zaman Sançez də öldürülməlidi. Meyiti də mundarlanmalıdır”.