Rusiyalı futbolçu: "Ronaldo Messidən irəlidədir”

23 İyun 2018 00:19 (UTC+04:00)

Rusiya millisinin hücumçusu Artyom Dzyuba Argentina – Xorvatiya (0:3) matçı haqqında fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, forvard Argentina yığmasının yüksək səviyyəli komanda olmadığını deyib. “O dəqiqə dedim ki, Xorvatiya asanlıqla Argentinanı məğlub edəcək. Argentina fərdi baxımdan güclü futbolçulara sahib olsa da, komanda kimi orta səviyyəlidi. Dünya futbol standartlarını nəzərə alsaq, onları iddialı yığma saymaq olmaz” – deyə, o bildirib.

Dzyuba Messi – Ronaldo müqayisəsində isə portuqaliyanın daha üstün olduğunu düşünür: “Leo və Kriştianu – onlar hər ikisi əlçatmazdılar. Ancaq məncə, Ronaldo azacıq da olsa, Messidən irəlidədir”.