“Messinin Maradona ilə eyni səviyyədə olduğunu demək axmaqlıqdır”

22 İyun 2018 20:19 (UTC+04:00)

Argentina millisinin heyətində 1978-ci ildə dünya çempionatının qalibi olan Mario Kempes maraqlı fikirləri ilə yadda qalıb. “La Gazzetta dello Sport” yazır ki, o, Lionel Messinin Dieqo Maradona ilə müqayisə olunmasının düzgün olmadığını deyib.

“Messinin Maradona ilə eyni səviyyədə olduğunu demək axmaqlıqdır. Leo güclüdü, ancaq heç vaxt dünya çempionu olmayıb. Mən 1978-ci ildə dünya çempionu olmuşam, Maradona isə 1986-cı ildə. Messi isə bunu bacarmayıb. Bütün bunlar həqiqətdi. Ümumiyyətlə isə müxtəlif dövrlərin futbolçularını müqayisə etmək mümkünsüzdü” – deyə, Kempes bildirib.

Kempes “Hazırkı Argentina millisi haqda nə düşünürsüz” sualını isə belə cavablandırıb: “Onlar komanda deyillər. Bir tərəfdə “Messinin dostları” var, digər tərəfdə isə onunla partynor olmayanlar. Məsələn, biri mənə izah edə bilər ki, İkardi yığmaya niyə çağrılmır? Əgər doğrudan da səbəb onun Messi ilə yaxın olmamasıdısa, buna çox əsəbiləşərəm”.

Qeyd edək ki, Argentina yığmasının dünya çempionatında keçirdiyi iki matç sonunda aktivində 1 xalı var.