Braziliya millisi dünya çempionatında ilk qələbəsini qazanıb!

22 İyun 2018 18:21 (UTC+04:00)

Futbol üzrə Dünya çempionatında 2-ci turun oyunları davam edir. E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionları qrup sonuncusu ilə oyunda əsas vaxta əlavə olunmuş dəqiqələrdə 2 qol vuraraq, mundialda ilk qələbələrini qazanıb.