Xəzərin dibi ilə sualtı boru kəməri çəkmək mümkün olacaq

22 İyun 2018 19:32 (UTC+04:00)

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsində üzv ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ təsbit olunub. SİA-nın “RİA Novosti“yə istinadən verdiyi məlumata görə, bu barədə Konvensiya layihəsinin Rusiyanın rəsmi hüquq portalında açıqlanmış mətnində deyilir.

Bildirilir ki, üzv ölkələr Xəzərin dibi ilə sualtı boru kəməri və kabel çəkə bilər. Lakin vurğulanır ki, belə layihələr tərəflərin qoşulduğu beynəlxalq müqavilələrdə göstərilmiş ekoloji tələblərə və standartlara uyğun olmalıdır.

Boru xətti çəkən ölkə onun koordinatları ilə bağlı Konvensiya tərəflərinə məlumat verməlidir.