“Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək” AÇIQLAMA

22 İyun 2018 18:26 (UTC+04:00)

“İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə “Azadlıq” meydanında təntənəli hərbi parad keçiriləcək”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, bu hərbi parad hərbi qüvvələrimizin gücünü bütün dünyaya və düşmənlərimizə nümayiş etdirəcək: “Artıq tanınmış beynəlxalq hərbi ekspertlər keçiriləcək parad haqqında öz təhlillərini əvvəlcədən bildirmişlər. Bu da onu göstərir ki, bu hərbi parad beynəlxalq aləmdə də maraqla izlənilir. Azərbaycan ordusu bu gün ən müasir texnikalarla təhciz edilmişdir. Azərbaycan əsgərinin hazırlıq səviyyəsi dünyanın ən qabaqcıl ordularının səviyyəsindən geri qalmır. Ən əsası isə Azərbaycan əsgərinin ruh yüksəkliyi düşmənə zərbə vurmaq potensialı bu gün çox güclüdür. Bütün bunlar təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin nəticəsi və bu siyasəti uğurla davam etdirən Ali baş komandanımız cənab İlham Əliyevin səylərinin bəhrəsidir. Müstəqil Azərbaycan ordusunun təməli 1918-ci ildə AXC dövründə qoyulsa da 1920-ci ilin işğalı Milli Ordumuzun inkişafını dayandırdı. Sovetlər dövründə də azərbaycanlılara qarşı olan qısqanclıq milli hərbi kadrların yetişməsinə mane olurdu. Lakin buna baxmayaraq Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmində respublikanın rəhbərliyi zamanında milli hərbi kadrların yetişməsi istiqamətində apardığı uzaqgörən siyasət və mübarizə nəticəsində azərbaycanlı hərbi kadrlar yetişməyə başladı. Cəmşid Naxçıvanski adına hərbi Litseyin yaradılması isə o dövrdə böyük hadisə və qəhrəmanlıq nümunəsi idi. Məhz bu əməyin nəticəsi idi ki, 1988-1994-cü illərdə Azərbaycan xalqı və ordusu təpədən dırnağa qədər silahlanmış və havadarlarının köməyi ilə işğalçılıq siyasəti aparan Ermənistana qarşı mübarizə apara bildi. Məhz həmin kadrların əvəzsiz xidmətləri nəticəsində Azərbaycan ordusu uğurlu əməliyyatlarla düşməni dayandıra bildilər. Bu gün də Ali Baş Komandan İlham Əliyevin Ordu siyasəti 2016-cı il aprel döyüşlərində öz sözünü dedi. Düşmənin burnu əzildi havadarının köməyi olmasa idi torpaqlarımız tam azad olunmuşdu. Nəhayət bu yaxında Naxçıvan Muxtar Respublikasını 11 min hektar ərazisinin azad olunması isə düşmənin artıq ordumuz qarşında acizliyini göstərdi. Düşməm ordumuzla açıq döyüşdən belə qaçaraq öz postlarının tərk etdi. Bütün bunlar Azərbaycan ordusunun gücünün bariz nümunəsidir. Azərbaycan xalqı öz ordusunun yanındadır ona və Ali Baş Komandan Cənab İlham Əliyevə inanır. Tezliklə Azərbaycan Ordusu qələbə paradını Xankəndində keçirəcək. Xalqımız buna tam əminliklə inanır”.

GÜLYANƏ