Özbək ulduzu əsrarəngiz Azərbaycan milli geyimində FOTOLAR

22 İyun 2018 17:44 (UTC+04:00)

Özbək estradası və kinosunun ulduzu, “Nixol” dövlət mükafatının laureatı Mənzurə azərbaycanlı rejissor Nail Naiboğlunun “Ayrı dünyalar” klipində çəkilib. Bunu SİA-ya Azərbaycan və Özbəkistan xalqlarının dostluğunu əks etdirən layihənin müəllifi deyib.

“Banu Dance Studio” rəqs kollektivinin iştirakı ilə klip çəkilişi Bakının müxtəlif yerlərində - "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Ağ şəhər, Xəzərin sahili və digər yerlərdə aparılıb. Klip meyxanaçı Tərlan Novxanının müəllif kompozisiyasına çəkilib. Onlar kompozisiyasını Azərbaycan dilində duet şəklində ifa edirlər. Mənzurə Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin paltarında, eləcə də özbək milli geyimində çıxıb.

N. Naiboğlu deyib ki, Azərbaycan-Özbəkistan dostluğu bir çox xalq üçün nümunədir: “Mənzurə ölkəmizi çox sevir və Gülnarə Xəlilovadan olan Azərbaycan milli geyimində çəkilmək istəyini özü ifadə edib. O, Gülnarə Xəlilovanın işlərini sosial şəbəkələrlə intenet saytlarında görüb. “Ayrı dünyalar” bu ifaçılarla ikinci işimdir. Daha əvvəl Tərlan Novxanı və Mənzurənin iştirakı ilə “Xəyanət etmərəm” klipi təqdim olunub, lakin həmin vaxt onlar öz doğma dillərində ifa edirdilər. Yeni klipdə hər ikisi Azərbaycan dilində ifa edəcək”.

Klip iyunun sonunda-iyulun əvvəlində təqdim olunacaq.