"Vicdan haqqı"nın aktyoru əməliyyat olundu FOTO

22 İyun 2018 11:20 (UTC+04:00)

Aktyor İlham Hüseynov əməliyyat olunub. SİA-nın məlumatına görə, bu haqda aktyor Murad İsmayıl "İnstagram" səhifəsində xəbər verib: "İlham müəllimin əməliyyatı uğurlu keçib. Sənətkar, yastığınız yüngül olsun".

İzləyicilər əməliyyat olunan aktyorun ünvanına xoş sözlər yazıblar. Hüseynovun sağalaraq, tezliklə ayağa qalxmasını diləyiblər.

Qeyd edək ki, İ.Hüseynov "Vicdan haqqı" serialındakı obrazdan sonra daha da tanınmağa başlayıb.