"Şalke"nin bazasında yanğın baş verib

22 İyun 2018 03:06 (UTC+04:00)

Almaniyanın "Şalke" klubunun bazasında yanğın baş verib. Alman klubunun rəsmi "twitter" səhifəsində yer alan xəbərə görə, hadisə səhər saatlarında qeydə alınıb. Yanğın söndürülüb və xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.